“Qəbələ” Litvadan “bürünc”lə dönür

“Qəbələ” Litvadan “bürünc”lə dönür

14 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan “Ateitis Cup 2017” turniri başa çatıb.

Fanat.Az xəbər verir ki, Litvada keçirilən yarışda “Qəbələ”nin U-14 komandası 3-cü yeri tutub. “Qırmızı-qaralar”ın U-14 komandası bürünc medallar uğrunda matçda Minsk "Dinamo"su ilə qarşılaşıb. Görüş təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Finalda isə “Qəbələ”ni qrupda 4:0 hesabı ilə məğlub edən “Legion” “Torino”nu darmadağın edərək (5:0) qalib olub.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər