“Qəbələ” Litva klubunu uddu

“Qəbələ” Litva klubunu uddu

14 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan “Ateitis Cup 2017” turnirinə start verilib.

Fanat.Az xəbər verir ki, Litvada keçirilən yarışda “Qəbələ”nin U-14 komandası mübarizəyə qoşulub.

B qrupunda çıxış edən təmsilçimiz ilk oyun günündə 2 matça çıxıb. Öncə “Legion”a 0:4 hesabı ilə uduzan “qırmızı-qaralar” ardınca “Riqa” ilə üz-üzə gəlib. 3:2 hesablı qələbə əyalət klubuna 3 xal qazandırıb.

Qeyd edək ki, ilk oyun gününü 3 xalla başa vuran “Qəbələ” 5 komanda arasında 3-cüdü.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər