Ramazanov dubl etdi, "Qarabağ" qələbə qazandı

Ramazanov dubl etdi, "Qarabağ" qələbə qazandı
Əvəzedicilərin çempionatında XVI turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib. 
"Qəbələ” "Zirə”ni qəbul edib. Emin İmaməliyevin yetirmələri 2018-ci ilin ilk ev oyununda özünü yaxşı tərəfdən göstərib. Matçın birinci yarım saatında 3 qol vuran "qırmızı-qaralar" liderliyini darmadağınla möhkəmlədib. 
Günün digər oyununda isə "Neftçi" Sumqayıt səfərindən minimal hesablı yenilgiylə qayıdıb. 
Turun qalan iki oyunu bu gün baş tutub. "Qarabağ" "Səbail"in qonağı olub. Ağabala Ramazanovun dubl etdiyi oyunda ağdamlılar 3:2 hesablı qələbə qazanıb.
"Kəpəz" isə "Keşlə"ni qəbul edib. Bu oyunda hesab açılmayıb.
 
Əvəzedici heyətlər
2017/18 mövsümü
III dövrə, XVI tur
18 fevral
Qəbələ - Zirə 4:0
Qollar: Yusif Nəbiyev, 8. Hacıağa Hacılı, 20. Kamran Quliyev, 30. Əli Səmədov, 78.
Sumqayıt - Neftçi 1:0
Qollar: Elvin Nəsibov, 8. 
 
19 fevral
Səbail - Qarabağ 2:3
Qollar: Aqşin Qurbanlı, 6-pen. Asif Mirili, 37 - Ağabala Ramazanov, 11; 41. Famil Camalov, 48.
Kəpəz - Keşlə 0:0
 

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qəbələ

16

12

2

2

55:14

38

2

Səbail

16

8

3

5

25:22

27

3

Keşlə

16

5

9

2

23:18

24

4

Zirə

16

6

4

6

21:26

22

5

Qarabağ

16

6

2

8

22:28

20

6

Neftçi

16

5

4

7

13:20

19

7

Sumqayıt

16

4

4

8

16:32

16

8

Kəpəz

16

1

6

9

10:26

9

Bombardirlər

Ülvi İsgəndərov (Qəbələ) - 13.

 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər