Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 2015/2016-cı illər mövsümünün qalibi olan “Qəbələ” klubuna çempionluq kuboku təqdim olunub.
Fanat.az xəbər verir ki, bu gün AZAL-a qarşı keçirilən görüşdən sonra şimal təmsilçisi qızıl medallarına və kubokuna qovuşub.
Mükafatları Peşəkar Futbol Liqasının baş direktoru Məlik Həsənov təqdim edib.
Fanat.az