“Qəbələ” Kiyev “Dinamo”su ilə qarşılaşacaq

“Qəbələ” Kiyev “Dinamo”su ilə qarşılaşacaq

“Qəbələ” 2-ci Avstriya toplanışında 3 yoxlama görüşü keçirəcək. Fanat.Az xəbər verir ki, bu barədə sport24.az-a məlumatı klubun meneceri Səbuhi Səfiyarlı verib.

O, artıq 2 rəqibin müəyyənləşdiyini bildirib: “İkinci toplanış çərçivəsində 3 yoxlama oyunu keçirməyi planlaşdırırıq. İlk matçı iyunun 30-da Albaniyanın “Kukesi” kollektivinə qarşı keçirəcəyik. İlyulun 4-də Kiyev “Dinamo”su ilə üz-üzə gələcəyik. Son rəqibimizi hələ müəyyənləşdirməsək də, həmin matçı iyulun 8-də keçirməyi planlaşdırırıq”.

Qeyd edək ki, “Qəbələ”nin 1-ci Avstriya toplanışı iyunun 22-də Bolqarıstan “Ludoqorets”i ilə görüşlə tamamlanacaq və kollektiv ertəsi 3 günlük istirahtə buraxılacaq.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər