"Qəbələ" ilk transferini açıqladı - RƏSMİ

"Qəbələ" ilk transferini açıqladı - RƏSMİ
"Qəbələ” 2018-ci ili yeni transferlə qarşılayır. 
Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar” Azərbaycan milli komandasının üzvü Təmkin Xəlilzadəni sıralarına qatıb. Son klubu "Zirə" olan 24 yaşlı yarımmüdafiəçi ilə 2.5 illik müqavilə imzalanıb.
Təmkin indiyədək "Qarabağ", AZAL və "Zirə"nin heyətində çıxış edib. Mövsümün ilk yarısında 4 qol vuran futbolçu, iki dəfə də qol ötürməsi edib. O, Azərbaycan milli komandasının San-Marino və Almaniyaya qarşı keçirdiyi oyunlarda meydana çıxıb. Almaniya ilə oyunda vurulan yeganə qolun ötürməsi onun aktivinə yazılıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər