"Qəbələ" ilk qələbəsini qazandı

"Qəbələ" ilk qələbəsini qazandı

"Qəbələ”nin əvəzedici komandası yoxlama oyunu keçirib.

 

Fanat.az xəbər verir ki, mövsümün ikinci yarısına hazırlaşan qəbələlilər Bakıda "Keşlə”nin əvəzediciləri ilə üz-üzə gəlib. "İnter Arena”da baş tutan görüşün taleyini 1 qol həll edib. 83-cü dəqiqədə paytaxt təmsilçisinin qapısına yol tapan Tunar Mütəllimovun qolu Emin İmaməliyevin yetirmələrinə 1:0 hesablı qələbə qazandırıb.

 

Daha öncə "Ağsu” (1:2) və "Şüvəlan”la (0:0) yoxlama oyunlarında qüvvəsini sınayan "dubl" qış fasiləsində ilk qələbəsini görüb.

 

Oyunun ardından 1 günlük istirahətə buraxılan "qırmızı-qaralar" yanvarın 23-də Qəbələdə yığışacaq və ayın 26-da təlim-məşq toplanışının ikinci hissəsini keçirmək üçün Gürcüstana yola düşəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər