“Qəbələ” “Herta”ya qalib gəldi

“Qəbələ” “Herta”ya qalib gəldi
Çexiyanın paytaxtı Praqada keçirilən "All Stars Cup” turnirində ikinci oyun gününə yekun vurulub. 
Fanat.Az "Qəbələ”nin rəsmi saytına istinadən xəbər verir ki, klubun 16 yaşadək futbolçulardan ibarət komandası ikinci qrup mərhələsində 3 oyun keçirib.
İspaniyanın "Barselona” klubuna 0:3, Rusiya "Zenit”inə 0:2 hesabı ilə uduzan "qırmızı-qaralar” Almaniya təmsilçisi "Herta”ya qalib gəlib – 1:0. Matçdakı yeganə qola Nemət Şıxəmirov imza atıb.
İlk iki mərhələnin yekununda 2 qələbə və 4 məğlubiyyəti olan komanda ümumi sıralamada 11-ci olub. "Qəbələ” cədvəldə "Zenit”, "Beşiktaş”, "Fastav Jlin”, "Dukla” kimi komandaları qabaqlayıb.
Bu gün 9-16-cı yerlər uğrunda mübarizə aparacaq "Qəbələ”nin ilk rəqibi Çexiya təmsilçisi "Fastav Jlin” olacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər