“Qəbələ” Gürcüstan klubuna uduzdu

“Qəbələ” Gürcüstan klubuna uduzdu
"Qəbələ”nin əvəzedicilərdən ibarət komandası Gürcüstanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. 
Fanat.Az xəbər verir ki, 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlığı Tiflisdə davam etdirən "qırmızı-qaralar” "VİT-Corciya” klubu ilə üz-üzə gəlib.
Qarşılıqlı hücumlar şətaitində keçən matçın ilk 45 dəqiqəsində qapılara qol vurulmayıb. Fasilədən sonra qol imkanlarından daha yaxşı istifadə edən Gürcüstan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
Yanvarın 26-dan qonşu ölkədə hazırlıq keçən əvəzedicilər növbəti yoxlama matçında "Saburtalo” klubunun əvəzediciləri ilə qarşılaşacaq.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər