"Qəbələ" Futbol Akademiyasına seçimlər başlayır

"Qəbələ" Futbol Akademiyasına seçimlər başlayır
"Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına yay seçimləri elan edib.
 
Fanat.Az xəbər verir ki, seçimlər Qəbələ şəhər stadionunda mayın 25 və 26-da  2002 - 2010-cu il təvəllüdlü futbolçular arasında keçiriləcək. Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.
Seçim tarixi: 
 
Qəbələ Şəhər Stadionu 
25-26 may – 2002, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009, 2010-cu il təvəllüdlü futbolçular 
Seçimlər saat 10:00-da başlayacaq. Xatırladaq ki, ilkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər. 
 
Tel: 050 290 00 63, 055 511 39 65 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər