“Qəbələ” əvəzedicilərinə qalib gəldi

“Qəbələ” əvəzedicilərinə qalib gəldi

Azərbaycan Premyer Liqasının II turunda “Sumqayıt”ı qəbul edəcək “Qəbələ” hazırlığını doğma məkanda davam etdirir. Fanat.Az xəbər verir ki, “qırmızı-qaralar” dünən yoxlama görüşü keçiriblər.

 

Belə ki, Roman Qriqorçukun yetirmələri “Qəbələ”nin əvəzedici heyəti ilə qarşılaşıblar. Oyun əsas komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qəbələ”nin heyətində qollara Ruslan Qurbanov və Elvin Məmmədov imza atıb.

 

Heyətdə zədəli futbolçunun olmaması məşqçilər korpusunu sevindirir.

 

Qeyd edək ki, avqustun 20-də keçiriləcək “Qəbələ” – “Sumqayıt” matçı saat 20:00-da start götürəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər