“Qəbələ” Ermin Zetslə yollarını ayırdı

“Qəbələ” Ermin Zetslə yollarını ayırdı
“Qəbələ” hücumçusu Ermin Zetslə yollarını ayırıb. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2015-ci ilin iyul ayından “qırmızı-qara” formanı geyinən futbolçu “Qəbələ”nin uğurları üçün 1 mövsüm çalışıb.
Komandanın heyətində 36 oyun keçirib, 10 qol vuran bosniya və herseqovinalı hücumçu 2015/16 mövsümündə komanda ilə Topaz Premyer Liqasının bürünc mükafatçısı olub.
28 yaşlı legioner Premyer Liqada 23 oyunda 7, Azərbaycan kubokunda 4 oyunda 3 qol vurub, Avropa Liqasında 9 matçda forma geyinib. 
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər