“Qəbələ” döyüşçüsünün Rusiya zəfəri

“Qəbələ” döyüşçüsünün Rusiya zəfəri

Nəriman Abbasov Moskvadan qələbə ilə dönür Xəbərlər / 30 İyul 2017 | 00:3823 Nəriman Abbasov Moskvadan qələbə ilə dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Nəriman Abbasov növbəti döyüşünü keçirib. Fanat.Az xəbər verir ki, idmançımız Rusiyanın paytaxtı Moskvada təşkil olunan MMA üzrə “Fight Night Global 71” turnirində qüvvəsini sınayıb. 

Yüngül çəki dərəcəsində (70,3 kq) çıxış edən Abbasov Rusiya təmsilçisi Dmitri Qorobetslə qarşılaşıb. Üç raund davam edən döyüş Nərimanın üstünlüyü şəraitində keçib və idmançımız hakimlərin yekdil qərarı ilə qalib gəlib. Bu, Nəriman Abbasovun 20-ci döyüşdə 17-ci qələbəsi olub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər