“Qəbələ” xorvatiyalı yarımmüdafiəçi Petar Franyiçlə yollarını ayırıb. Fanat.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya futbolçunun özü məlumat verib.
O bildirib ki, yarım saat öncə klubla müqaviləsini sonlandırıb. Franyiç Xorvatiyaya yollanacaq.
Qeyd edək ki, Petar Franyiç "Qəbələ"yə ötən ilin yayında transfer olunub. 25 yaşlı yarımmüdafiəçi komandanın formasını cəmi 9 rəsmi oyunda geyinib və cəmi 325 dəqiqə oynayıb. O, "Qəbələ"dən əvvəl Xorvatiyanın "Lokomotiv", "Radnik", "Dinamo" (Zaqreb), "İstra 1961" və "RNK Split" klublarında oynayıb.
Fanat.Az