“Qəbələ” “Beşiktaş”a qalib gəldi, “Barselona” çempion oldu

“Qəbələ” “Beşiktaş”a qalib gəldi, “Barselona” çempion oldu
Çexiyanın paytaxtı Praqada keçirilən "All Stars Cup” turnirinə yekun vurulub. 
Fanat.Az "Qəbələ”nin saytına istinadən xəbər verir ki, bu klubun 16 yaşadək futbolçulardan ibarət komandası yarışın son oyun günündə 3 matç keçirib.
9-16-cı yerlər uğrunda mübarizə aparan "qırmızı-qaralar” öncə Çexiya "Fastav Jlin”i ilə qarşılaşıb. Qolsuz bitən görüşdə penaltiləri daha dəqiq yerinə yetirən meydan sahibləri qalib gəlib – 5:4. Çexiyanın digər təmsilçisi "Slovaçko”ya 0:2 hesabı ilə uduzan "Qəbələ” son qarşılaşmada Türkiyə "Beşiktaş”ı ilə üz-üzə gəlib. Qolsuz bitən görüşdə "qırmızı-qaralar” penaltilərlə qalib gəlib – 6:5. Beləliklə, "Qəbələ” turniri 15-ci yerdə başa vurub.
Turnirin qalibi adına isə finalda Almaniya "Herta”sına 2:0 hesabı ilə qalib gələn İspaniya "Barselona”sı yiyələnib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər