“Qəbələ” başladı, bütün rəqibləri müəyyənləşdi

“Qəbələ” başladı, bütün rəqibləri müəyyənləşdi

“Qəbələ” 2017/18 mövsümünün hazırlıqlarına start verib. Fanat.Az xəbər verir ki, iyunun 3-də Bakıda bir araya gələn komanda hazırlıq prosesinə yerli oyunçularla başlayıb.

 

Toplanışın ilk gününü fitnes zalında çalışmalarla keçirən “qırmızı-qaralar” ayın 6-dək paytaxtda məşq edəcək. “Qəbələ” iyunun 7-də təlim-məşq toplanışı keçirmək üçün Avstriyaya yola düşəcək.

 

Təmsilçimiz ayın 23-dək Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində məskunlaşacaq. “Stubaierhof” otelində qalacaq “qırmızı-qaralar” 4 yoxlama oyunu keçirəcək.

 

İyunun 12-də Roman Qriqorçukun yetirmələri Avstriyanın regional liqasında çıxış edən yerli “Fulpmes”lə üz-üzə gələcək.

 

Üç gün sonra Rusiyanın “Terek” komandası ilə görüşəcək “Qəbələ” son iki matçında Bolqarıstan təmsilçiləri ilə qarşılaşacaq. Ayın 19-da Plovdivin “Botev” klubu, 22-də isə bu ölkənin çempionu “Ludoqorets” komandanın rəqibi olacaq. 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər