"Qəbələ" Antalya toplanışını başa vurdu

"Qəbələ" Antalya toplanışını başa vurdu
2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlaşan "Qəbələ” Türkiyə toplanışını başa vurub.
Fanat.Az-ın klubun saytına istinaən yaydığı xəbərə görə, "qırmızı-qaralar” Antalya hazırlıqlarının ikinci mərhələsinin 15-ci gününü bir məşqlə yekunlaşdırıb. Günün ilk yarısına təsadüf edən hazırlıq prosesi fiziki çalışmalardan ibarət olub. Fitnes zalında çalışan futbolçular qruplar şəklində müxtəlif hərəkətləri icra ediblər. Bu məşqlə toplanışı yekunlaşdıran "Qəbələ” günün ikinci yarısında vətənə dönüb.
Xatırladaq ki, "qırmızı-qaralar” yanvarın 5-dən 17-nə və 21-dən fevralın 4-dək davam edən iki mərhələdən ibarət hazırlıq prosesində 6 yoxlama oyunu keçirib. Komanda Antalya toplanışında Türkiyənin "Akhisar Bələdiyyəspor” (1:1), İsveçrənin "Sürix” (0:1), Makedoniyanın "Rabotniçki” (2:1), Rusiyanın "Arsenal” (3:3), Çexiyanın "Bohemians” (1:3) və Makedoniyanın "Şkendiya” (0:2) klubları ilə üz-üzə gəlib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər