"Qəbələ" 8 yoxlama oyunu keçirəcək - AÇIQLAMA

"Qəbələ" 8 yoxlama oyunu keçirəcək - AÇIQLAMA

"Qəbələ” qış hazırlığına yanvarın 5-də başlayacaq. Türkiyədə ikimərhələli hazırlıq nəzərdə tutulub”. Bu sözləri Fanat.Az-a açıqlamasında bölgə təmsilçisinin meneceri Səbuhi Səfiyarlı deyib.

Klub rəsmisi çempionluq uğruda mübarizə aparan "qırmızı-qaralar”ın planlarını açıqlayıb: "Komanda yanvarın 5-dən 17-nə qədər Antalyada – Larada təlim-məşq toplanışında olacaq. Üç günlük fasilədən sonra Belekdə ikinci mərhələ start götürəcək. Bu mərhələ 21 yanvar – 4 fevral aralığını əhatə edəcək. Hazırlığın hər mərhələsində dörd, ümumilikdə 8 yoxlama oyununa çıxacağıq. Rəqiblərin adları hələ məlum deyil”.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər