Qay getdi, Dodo “Qəbələ”yə lazım olmadı

Qay getdi, Dodo “Qəbələ”yə lazım olmadı
Topaz Premyer Liqasının başa çatan mövsümünü 3-cü pillədə tamamlayan “Qəbələ”də daha 2 futbolçunun gələcək taleyinə aydınlıq gəlib. Ermin Zets və Samir Zərgərovun ardınca Dodo və Aleksey Qayla da yolların ayrılacağı dəqiqləşib.
 
“Qırmızı-qaralar” Dododan fərqli, Qayla əməkdaşlığı davam etdirmək istəyirlər. Lakin Azərbaycanda qalmağı düşünməyən ukraynalı yarımmüdafiəçini razı salmaq mümkün olmur. “Qəbələ” ilə müqaviləsi başa çatan Qay karyerasını ölkəsində davam etdirmək arzusundadı.
 
Uzun müddətdi yaşıl meydanlardan uzaq qalan Dodonun da gələcək taleyinə böyük ölçüdə aydınlıq gəlib. “Qəbələ” kapitanla vidalaşmağa qərar verib. Klub rəhbərliyi son vaxtlar komandaya xeyir verməyən yarımmüdafiəçi ilə əməkdaşlığı davam etdirməkdə maraqlı deyil.
 
Məlumatı əməkdaşımızla söhbətində “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı da təsdiqləyib. O, klubla müqaviləsi bitən digər futbolçularla isə danışığın davam etdiyini bildirib.
 
Qeyd edək ki, “Qəbələ” ötən il olduğu kimi, yenə ölkəmizi Avropa Liqasında təmsil etmək hüququna yiyələnib. (Apasport.az)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər