"Qarabağ"ın qolkiperi ilk "5-lik"də

"Qarabağ"ın qolkiperi ilk "5-lik"də

"Qarabağ"ın qolkiperi Andrey Lunyov UEFA Avropa Liqasının qrup mərhələsində ən çox qurtarış edən qapıçıların sırasında yer alıb.

Fanat.Az xəbər verir ki, rusiyalı qrupdakı 5 qarşılaşmada 19 seyvlə diqqət çəkib.

32 yaşlı qolkiper bu göstəriciyə görə "Şerif"in (Moldova) qapıçısı Maksim Kovalla birlikdə 4-5-ci yerləri bölüşdürür. Lider isə Polşanın "Rakuv" klubundan Vladan Kovaçeviçdir (25). Kipr təmsilçisi "Aris"in braziliyalı qapıçısı Vana (24) 2-ci, Avstriya “Ştrum”unun üzvü Kyell Sherpen (20) 3-cüdür.

Xatırladaq ki, "Qarabağ" qrup mərhələsinin V turundan sonra 7 xalla 2-ci yerdə qərarlaşıb. Təmsilçimiz qrupda son oyununu 14 dekabrda İsveç "Hakken"inə qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər