“Qarabağ”ın İsveçə səfər planı açıqlandı

“Qarabağ”ın İsveçə səfər planı açıqlandı

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Hakken” klubunun qonağı olacaq “Qarabağ” bu gün səfərə yola düşür.

Fanat.Az xəbər verir ki, komandamız saat 18:00-da İsveçə yollanacaq.

“Qarabağ” “Scandic Opallen Hotel”də məskunlaşacaq.

Baş məşqçi Qurban Qurbanov və futbolçu Abdullah Zubirin iştirakı ilə keçiriləcək mətbuat konfransı oktyabrın 4-ü Bakı vaxtı ilə 20:40-da başlayacaq. Media nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq olacaq məşqimiz isə Bakı vaxtı ilə 21:00-da matçın oynanılacağı “Ullevi” stadionunda baş tutacaq.

Qeyd edək ki, oktyabrın 5-i “Ullevi” stadionunda keçiriləcək “Hakken” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər