"Qarabağ"ın və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin mövsümün sonunda iş yerini dəyişəcəyi ilə bağlı informasiyalar səngimir.
Fanat.Az-ın məlumatına görə, "Neftçi" təmsilçiləri bu ilin yanvarında futbolçu ilə əlaqə saxlayaraq onu 5 illik inkişaf planının əsas fiqurlarından biri qismində gördüklərini bildiriblər.
Yalnız "Nefçi"dən yox, Rusiyanın iki elita klubundan da təklif alan Ramilin "ağ-qaralar"ın sıralarına qoşulub-qoşulmayacağına gəlincə, o, Bakı təmsilçisinə "hə" deməyib. Ağdamlılarla müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq 26 yaşlı oyunçu hazırda formasını geyindiyi klubun rəhbərliyi ilə yeni sözləşmənin detallarını müzakirə edir. Şeydayev üçün növbəti mövsümə Rusiyada başlamağın maddi gəlir baxımından daha sərfəli olması faktdır və bu, danışıqların uzanmasının əsas səbəbidir. Başqa sözlə, hazırda Şeydayev "Neftçi"yə keçməyə 3-cü variant gözü ilə baxır.
Nihat