"Qarabağ"ın futbolçusu Cengiz Ünderlə nə danışıb?

"Qarabağ"ın futbolçusu Cengiz Ünderlə nə danışıb?

"Qarabağ"ın futbolçusu Toral Bayramov "Olimpik Marsel"ə qarşı Bakıda keçirilən Konfrans Liqasında matçında rəqib futbolçu Cengiz Ünderlə arasında keçən dialoqdan danışıb. 

Millimizin üzvü Fanat.Az-a açıqlamasında həmin anı belə xatırlayıb:

"Cengiz Ünderə yaxınlaşıb "İnşallah, Konfrans Liqası kubokunu siz qazanarsınız", - dedim. O isə "İnşallah. Amma qarşıda bizə mane ola biləcək güclü komandalar var!", - deyə cavab verdi. Bir də mənə "Maşallah, belə davam etsən, daha yaxşı klublarda oynaya bilərsən", - dedi. 

Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsi çərçivəsində “Olimpik Marsel”ə səfərdə 1:3, evdə isə 0:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər