“Qarabağ” qış çempionu oldu, “Neftçi”yə çatdı

“Qarabağ” qış çempionu oldu, “Neftçi”yə çatdı

Misli Premyer Liqasında qış çempionu bəlli olub.

Fanat.Az xəbər verir ki, bu, XVII turda müəyyənləşib.

“Qarabağ” ilin son turu ərəfəsində qış fasiləsinə 1-ci pillədə yollanacağını təmin edib.

Qurban Qurbanovun yetirmələri “Azersun Arena”da “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəlib. Bununla da çempionatın lideri xal hesabını 47-yə çatdırıb. Ağdamlılar iki matçı qalan “Sabah”ı artıq 8 xal qabaqlayır.

“Qarabağ” tarixində 9-cu dəfə yeni ili lider kimi qarşılayacaq. Ağdam klubu 2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20 və 2021/22 mövsümlərinin ilk yarısını zirvədə tamamlayıb.

Bununla da “Qarabağ” “Neftçi”yə məxsus olan rekordu təkrarlayıb. Bakılılar da 9 dəfə qış fasiləsinə lider kimi yollanıb. “Ağ-qaralar” 1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12, 2018/19, 2020/21 mövsümlərinin qış çempionu olublar. “Kəpəz” 1993/94, 1997/98, 1998/99, “Şamaxı” 2008/09, 2009/10, 2012/13 mövsümlərinin fasiləsinə lider kimi yollanıb. “Xəzri” (1995/96), “Şəmkir” (1999/2000), “Karvan” (2005/06), "Xəzər Lənkəran" (2006/07) və “Şüvəlan”ın (2007/08) bir uğuru var.

Xatırladaq ki, 1992 və 1993 mövsümləri yaz-payız sistemi ilə keçirilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər