"Qarabağ" "Neftçi"nin "ürəyini" aparır 

"Qarabağ" "Neftçi"nin "ürəyini" aparır 

"Qarabağ" mövsümün ən səs-küylü keçidini reallaşdırmağa yaxındır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisinin "Neftçi"nin kapitanı Emin Mahmudovla apardığı danışıqlar müsbət istiqamətdə yekunlaşmaq üzrədir.

"Qarabağ" "Neftçi"nin "ürəyini" aparır 

İndiyədək "ağ-qaralar"ın təklif etdiyi yeni müqaviləyə qol çəkməyən Emin mövqeyini iyunun 3-də keçiriləcək Azərbaycan Kubokunun finalından sonra açıqlamağı planlaşdırır. Düzdür, Mahmudov son anda qərarını dəyişə də bilər. Ancaq bu gün üçün o, məhz Qurban Qurbanovun rəhbərliyi altında Çempionlar Liqasında mübarizə aparmaq hədəfi ilə "Qarabağ"a qoşulmaq variantına üstünlük verir.

Qeyd edək ki, daha öncə "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiçin "Neftçi"yə qoşulacağı bəlli olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər