“Qarabağ”, “Neftçi” və “Zirə” dünya reytinqində irəlilədilər

“Qarabağ”, “Neftçi” və “Zirə” dünya reytinqində irəlilədilər

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 502 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən 3-ü yer alıb.

Aktivində 139 xal olan “Qarabağ” ən yaxşı göstəriciyə malikdir. Ağdam təmsilçisi 7 pillə irəliləyərək 78-ci olub.

“Neftçi” və “Zirə” də reytinqdə irəliləyib. “Ağ-qaralar” 385-ci yeri 290-cı pilləyə dəyişiblər. Qəsəbə təmsilçisi isə 577-cilikdən 478-ci yerə qədər yüksəlib. “Neftçi” 66.5, “Zirə” isə 50.25 xala malikdir.

İlk “3-lük”də müvafiq olaraq “Flamenqo” (Braziliya – 299 xal), “Palmeyras” (Braziliya - 284) və “Liverpul” (İngiltərə - 273) qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər