"Qarabağ" - "Kayrat" oyununun keçiriləcəyi stadion bəlli oldu

"Qarabağ" - "Kayrat" oyununun keçiriləcəyi stadion bəlli oldu

Konfrans Liqasının H qrupunda yer alan "Qarabağ"ın "Kayrat"la ev oyununu keçirəcəyi stadion müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.  

Ağdam klubunun saytında yerləşdirilən afişada görüşün yeri və saatı barədə məlumat əks olunub. 

Qeyd edək ki, "Qarabağ" - "Kayrat" oyunu oktyabrın 21-də saat 20:45-də keçiriləcək. Təmsilçimiz qrupda ilk ev oyununu Bakı Olimpiya Stadionunda keçirmişdi ki, bu da Respublika Stadionunun ot örtüyündə yaranmış problemlə bağlı idi. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər