“Qarabağ” "Hekken"lə oyun üçün azarkeşlərə müraciət etdi

“Qarabağ” "Hekken"lə oyun üçün azarkeşlərə müraciət etdi

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək “Hakken” (İsveç) - “Qarabağ” matçında Azərbaycan çempionunu dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlərin sayı açıqlanıb.

Fanat.Az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, azərbaycanlı azarkeşlər üçün ayrılmış 1800 ədəd bilet oyun günü - oktyabrın 5-də yerli vaxtla 19:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi "Ullevi" stadionunda 8-ci qapının qarşısında satılacaq.

Biletin qiyməti 22 avrodur. Bilet almağa gələrkən özünüzlə şəxsiyyəti təsdiq edən sənəd götürməyiniz tələb olunur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər