"Qalatasaray" klubunun yeni prezidenti müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Burak Elmas bu gün keçirilmiş seçkilərdə bütün rəqiblərini qabaqlayıb.
Elmas İstanbul nəhənginin 38-ci prezidenti olub.
Elmas bu postda Mustafa Cengizi əvəzləyəcək. 2018-ci ildən İstanbul təmsilçisinə rəhbərlik edən Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.
Fanat.Az