"Qalatasaray"ın prezidenti: "Qardaş ölkə olan Azərbaycanda final oynayacağıq"

"Qalatasaray"ın prezidenti: "Qardaş ölkə olan Azərbaycanda final oynayacağıq"
"Qalatasaray"ın prezidenti Mustafa Cengiz Çempionlar Liqası ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, klub rəhbəri zəif qrupa düşdüklərinə dair iddialara münasibət bildirib. O, belə iddiaları incə yumor adlandırıb və buna güldüyünü deyib.
Mustafa Cengiz həmçinin Bakıda keçiriləcək Avropa Liqasının finalında oynamaq istədiklərini vurğulayıb: "Ümid edirəm ki, qardaş ölkə olan Azərbaycanda final matçı keçirəcəyik".
Qeyd edək ki, "Qalatasaray" Çempionlar Liqasının qrup mərhələsində "Lokomotiv" (Rusiya), "Şalke" (Almaniya) və "Portu" (Portuqaliya) ilə qarşılaşacaq. İstanbul klubu 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçında çıxış etmək üçün qrupda yalnız 3-cü yeri tutmalıdı. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər