"Qalatasaray"da itki üstə itki: O da "Neftçi" ilə oyunu buraxacaq

"Qalatasaray"da itki üstə itki: O da "Neftçi" ilə oyunu buraxacaq
Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə oyunöncəsi  "Qalatasaray"ın heyətində itkilərin sayı artır 
Fanat.Az xəbər verir ki, zədəli Əmrə Akbaba ilə yanaşı, yeni transfer Peter Etebo da Bakıda meydana çıxmayacaq.
İngiltərə təmsilçisi "Stok Siti"dən icarəyə götürülən 25 yaşlı yarımmüdafiəçinin fiziki hazırlığının qaydasında deyil. İyunun 15-dən bəri yüksək templi məşqdə iştirak etməyən nigeriyalı oyunçu xüsusi proqram üzrə hazırlaşır. Onun Super Liqanın bu gün "Qaziantep"lə keçiriləcək 1-ci tur matçını və "Neftçi" görüşü buraxacağı dəqiqdir.
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər