"Qalatasaray" səhvə yol verdi: Mahir Emreli "Neftçi"nin yetirməsi kimi təqdim edildi

"Qalatasaray" səhvə yol verdi: Mahir Emreli "Neftçi"nin yetirməsi kimi təqdim edildi
Xəbər verdiyimiz kimi, Avropa Liqasında mübarizəni davam etdirən yeganə klubumuz "Neftçi” II təsnifat mərhələsində Türkiyənin "Qalatasaray" komandası ilə qarşılaşacaq. 
Fanat.Az xəbər verir ki, İstanbul klubunun rəsmi saytında rəqib haqqında tanıtım yazısı yayımlanıb.
Lakin bu məqalədə səhvə yol verilib. Belə ki, yazıda "Qarabağ"ın hücumçusu Mahir Emreli və "Sumqayıt"ın sabiq futbolçusu Peyman Babaeini "Neftçi"nin keçmiş oyunçuları kimi təqdim edilib. 
 
"Qalatasaray" səhvə yol verdi: Mahir Emreli "Neftçi"nin yetirməsi kimi təqdim edildi
 
Röya Kərimli 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər