PSJ heyətinə yeni futbolçu qatıb. Fanat.az xəbər verir ki, Paris klubu bir neçə gün əvvəl "Sevilya"ya keçəcəyi deyilən Hatem Ben Arfa ilə müqavilə imzalayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilənin müddəti 2018-ci ilin 30 iyununadək nəzərdə tutulub. PSJ futbolçunun maaşını açıqlamayıb. "Nitsa" ilə müqaviləsi başa çatan futbolçu Paris klubuna transfer haqqı ödənmədən keçib.
Əvvəllər Lion və Marsel "Olimpik"lərində, "Nyukasl" və "Hall Siti" klublarında çıxış etmiş Ben Arfa 2015/16 mövsümündə "Nitsa"da 37 oyun keçirib və 18 qol vurub. "Transfermarkt" ona 10 milyon avro qiymət qoyub.

Fanat.az