PSJ və "Benfika" qələbə ilı başladı

PSJ və "Benfika" qələbə ilı başladı

Avrokuboklarda iki aylıq fasilə başa çatıb. Fanat.az xəbər verir ki, Çempionlar Liqasında (ÇL) həlledici mərhələyə iki qarşılaşma ilə start verilib.

 

Parisdə keçirilən günün mərkəzi görüşündə PSJ “Çelsi”ni məğlub edib. İlk hissəsi bərabərliklə bitən görüşün sonlarında fransızlar qələbə qolunu vura biliblər. Ancaq bu nəticə onları rahatlada bilməz. Çünki səfər qolu cavab oyununda londonlulara çox kömək edə bilər.

 

Günün digər matçında isə “Zenit” “Benfika”nın qonağı olub. Ruslar səfərdən  minimalhesablı məğlubiyyətlə dönüblər. Qarşılaşmada yeganə qolu son dəqiqələrdə Conas vurub.

 

Həm "Çelsi", həm də "Zenit"in səfərdən minimalhesablı məğlubiyyətlə qayıtması bu cütlüklərdə cavab görüşünün daha gərgin keçəcəyindən xəbər verir.

 

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

16 fevral

 

PSJ (Fransa) - Çelsi (İngiltərə) 2:1

Qollar: Zlatan İbrahimoviç, 39. Edinson Kavani, 78 - Con Obi Mikel, 45+1.

 

Benfika (Portuqaliya) - Zenit (Rusiya) 1:0

Qol: Jonas, 90+1.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər