PSJ transfer bomasını partlatdı - 70 milyon avro

PSJ transfer bomasını partlatdı - 70 milyon avro

Dortmund "Borussiya"sından ayrılmağa hazırlaşan Pyer-Emerik Aubameyanq Fransaya transfer olur. Fanat.Az xəbər verir ki, qabonlu futbolçu PSJ-yə keçir.

"Yahoo Sports"un əldə etdiyi məlumata görə, artıq iki klub arasında razılıq əldə olunub. PSJ bu transferə görə "Borussiya"ya 70 milyon avro ödəyəcək. Futbolçu özü ilə 6 milyon avro imza haqqı və illik 10 milyon avro maaş alacaq.

Qeyd edək ki, Aubameyanq "Borussiya"nın heyətində keçirdiyi 189 matçda 120 qol vurub və 33 məhsuldar ötürmə edib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər