PSJ hücumçu axtarışlarına başlayıb. Fanat.az xəbər verir ki, Paris klubu Antoni Martialı heyətinə qatmaq istəyir.
Yayda Zlatan İbrahimoviç komandanı tərk edəcək. PSJ rəhbərliyi Edinson Kavanini satmaq istəyir. Hücum xəttində boşluq yaranacaq klub artıq axtarışlara başlayıb və Antoni Martialı hədəfə alıb.
Qeyd edək ki, "Mançester Yunayted" Antoni Martialı ötən yay "Monako"dan 50 milyon avroya transfer edib. 20 yaşlı forvard cari mövsümdə İngiltərə klubunun heyətində 39 oyuna çıxıb və 12 qol vurub.
Fanat.az