PSJ "Real"ın ulduzunu aldı - 25 milyona

PSJ "Real"ın ulduzunu aldı - 25 milyona

PSJ "Real"ın futbolçusunu transfer edib. Fanat.Az xəbər verir ki, Paris klubu Jese Rodrigesi heyətinə qatıb.

Bu barədə PSJ-nin rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 23 yaşlı forvardla 5 illik müqavilə imzalanıb. Fransa klubunun ispan ulduz üün 25 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, Jese "Real"ın yetirməsidi. 2011-ci ildə Madrid klubunun A komandasına yüksələn futbolçu ötən mövsüm meydana çıdığı 38 oyunda 6 qol vurub. "Transfermarkt" ona 14 milyon avro qiymət qoyub.

PSJ Jesedən əvvəl Hatem Ben-Arfa, Qreqori Kriçovyak, Tomas Meunyer və Covani Lo Kelsonu transfer edib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər