PSJ daha bir futbolçunu heyətinə qatmaq istəyir. Fanat.az xəbər verir ki, Paris təmsilçisi “Barselona”nın yarımmüdafiəçisi Pedro ilə maraqlanır.
Belə ki, fransız klubu 26 yaşlı futbolçu üçün 40 milyon avro təklif etməyə hazırlaşır. Bu transfer iddiasına münasibət bildirən Pedro isə PSJ kimi bir klubun onunla maraqlanmasına çox sevindiyini, ancaq “Barselona”dan ayrılmaq istəmədiyini deyib.