PSJ ona 70 milyon verir

PSJ ona 70 milyon verir
PSJ "Yuventus"un gənc ulduzu Paul Poqbaya elçi düşüb. Fanat.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Paris təmsilçisi bu transfer üçün İtaliya klubuna 70 milyon avro təklif etməyə hazırlaşır.
Lakin "Yunventus"un 20 yaşlı yarımmüdafiəçi təklif olunan bu məbləği qəbul edib-etməyəcəyi hələ bilinmir. Ehtimal olunur ki, Turin klubu PSJ-dən daha çox pul qoparmaq üçün sonadək dirənəcək və məbləği artırmağa çalışacaq. Xəbərdə həmçinin Poqbanı "Çelsi" və "Real"ın da istədiyi bildirilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər