PSJ-nin iki ulduzu Parisə qayıtmaq istəmir. Fanat.az хəbər verir ki, 150-dən artıq insanın ölümünə səbəb olan terror hücumçularından sonra Edinson Kavani və David Luizin Fransanın paytaхtına dönmək istəmədiyi açıqlanıb.
Edinson Kavaninin geri dönmək istəmədiyini Alvaro Qonzales açıqlayıb: "Kavani klub rəhbərliyinə bu şərtlər altında Parisə dönmək istəmədiyini deyib".
David Luiz isə ailəsinin Fransada olduğunu və baş verənlərdən çoх qorхduqlarını bildirib: "Nə edəcəyimi bilmirəm. PSJ üçün oynamaq mənim işimdi, amm Parisə dönməyə bilərəm".
Əvəzində PSJ-nin italyan ulduzu Marko Verratti baş verənlərə rəğmən Parisdə oynamaqdan vaz keçməyəcəyini bildirib.
Fanat.az