PSJ-nin sabiq üzvünə Premyer Liqadan təklif

PSJ-nin sabiq üzvünə Premyer Liqadan təklif
Rumıniyanın "Petrolul" klubunda çıхış edən Filipe Teyşeyra Azərbaycandan təklif alıb. Fanat.az хəbər verir ki, bu baradə portuqaliyalı yarımmüdafiəçinin meneceri Marselo Çipriaono məlumat verib. 
Menecer bildirib ki, rumın klubu ilə 6 aylıq müqaviləsi olan Felipeyə Azərbaycan və Türkiyənin bir klubu real təklif göndərib.
Qeyd edək ki, yarımmüdafiəçi Fransanın PSJ, "İstr", İngiltərənin "Vest Bromviç", "Barnsli", Portuqaliyanın "Akademika", "Felqueyras", "Uniao Leyria", Ukraynanın "Metallurq" (Donetsk), Rumıniyanın "Braşov", "Rapid" və Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şaab" klublarında çıхış edib. Portuqaliya U-21-nin sabiq üzvünün 34 yaşı var.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər