PSJ-nin istədiyi 30 milyonluq ulduz

PSJ-nin istədiyi 30 milyonluq ulduz
PSJ-nin qış fasiləsində heyətinə qatmaq istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.Az xəbər verir ki, Paris klubu Karlos Bakkaya elçi dühüb.
Mövsümün əvvəlində PSJ-nin baş məşqçisi təyin olunmuş Unai Emeri "Sevilya"da rəhbərliyi altında oynamış kolumbiyalı ulduzun transferində israr edir. Bakka ispan mütəxəssisin başçılığı altında "Sevilya"da 2013-2015-ci illərdə oynayıb və 108 rəsmi oyunda 49 qola imza atıb. O, 2014 və 2015-ci illərdə İspaniya klubu ilə Avropa Liqasının qalibi olub.
Qeyd edək ki, "Milan" Bakkanı 2015-ci ildə "Sevilya"dan 30 milyon avroya alıb. O, cari mövsümdə meydana çıxdığı 5 A Seriyası matçında 5 qolun müəllifi olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər