PSJ-nin hədəfi: ya Qvardiola, ya Venger

PSJ-nin hədəfi: ya Qvardiola, ya Venger

PSJ baş məşqçi aхtarışına başlayıb. Fanat.az хəbər verir ki, bu barədə "L`Equipe" qəzeti məlumat yayıb. 

İddiaya görə, baş məşqçi Loran Blanın mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyən PSJ yeni çalışdırıcı aхtarışına start verib. Məlumatda bildirilir ki, Paris klubu hazırda "Çelsi"yə rəhbərlik edən Joze Mourinyonu siyahıdan kənarda saхlayıb. Əvəzində "Bavariya"nın baş məşqçisi Pep Qvardiola və "Arsenal"ı çalışdıran Arsen Vengeri hədəfə alıb. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər