Xəbər verdiyimiz kimi, "Mançester Siti" ilə anlaşan Dani Alveş son anda qərarını dəyişərək PSJ-yə üz tutub. Fanat.Az xəbər verir ki, buna maliyyə məsələləri səbəb olub.
PSJ-nin təklif etdiyi maaş Alveşin Pep Qvardiolaya verdiyi sözdən imtinasına səbəb olub. Belə ki, Paris klubu braziliyalı ulduza illik 13,4 milyon avro maaş təklif edib. "Mançester Siti"nin təklifi isə bundan dəfələrlə az olub.
Fanat.Az