PSJ mövsümün ilk kubokunu qazandı - VİDEO

PSJ mövsümün ilk kubokunu qazandı - VİDEO
Fransa Liqa Kubokunun qalibi müəyyənləşib. Fanat.az xəbər verir ki, həlledici matçda PSJ və Lion "Olimpik"i qarşılaşıb.
"Stade de France"də baş tutan matçın 3-33-cü dəqiqələrində rəqib qapısına yol tapan Edinson Kavani dubl edib. "Olimpik" 56-cı dəqiqədə Aleksandre Lakazettenin qolu ilə fərqi azaltsa da, bundan artığına gücü çatmayıb. Bununla da PSJ Liqa Kubokunun qalibi olub.
Qeyd edək ki, Paris klubu tarixi ərzində 4-cü dəfə Liqa Kubokuna sahib çıxıb (1995, 1998, 2008, 2014). "Olimpik" ikinci dəfə bu kuboku muzeyinə aparmaq imkanını boşa verib. Lion klubu ilk dəfə 2001-ci ildə Liqa Kubokunu başı üzərinə qaldırmışdı.
Fanataz
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər