PSJ Mbappesiz qaldı - Ulduz forvard ÇL matçına da çıxmaya bilər

PSJ Mbappesiz qaldı - Ulduz forvard ÇL matçına da çıxmaya bilər

PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçını - "Bayern Münhen"lə ev oyununu buraxa bilər.

Fanat.Az " L'Equipe" nəşrinə istinadən xəbər verir ki, ulduz futbolçu "Monpelye"yə qarşı Liqa 1 qarşılaşmasında (3:1) dizindən xəsarət alıb.

Həmin görüşün 20-ci dəqiqəsində əvəzlənən Mbappe ilkin ehtimallara görə, 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, PSJ - "Bayern" oyunu fevralın 14-də keçiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər