PSJ "Real"ın futbolçusu Jese Rodrigesi istəyir. Fanat.az xəbər verir ki, bu barədə Paris klubunun yeni baş məşqçisi Unay Emeri açıqlama verib.
PSJ bu transferlə "Mançester Yunayted"ə keçən Zlatan İbrahimoviçin boşluğunu doldurmaq istəyir. "Digər namizədlər kimi Jese də siyahımızda var. Onu mən və klubum yaxşı tanıyır. Jeze çox yaxşı futbolçudu və namizədlərimiz arasındadı" deyə Emeri bildirib.
Qeyd edək ki, Jese Rodoriges "Real"a 14 yaşında - 2007-ci ildə "Hurakan"dan transfer olunub. 2011-ci ildə əsas komandaya yüksələn 23 yaşlı hücumçu ötən mövsüm meydana çıxdığı 38 rəsmi oyunda 6 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" hazırda ona 14 milyon avro qiymət qoyub.
Fanat.az