Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində baş tutan "Barselona” - PSJ oyununun nəticəsi ölümə səbəb olub.
Fanat.Az xəbər verir ki, Qabonda 18 yaşlı PSJ azarkeşi "Barselona” fanatı olan dostunu öldürüb.
Buna səbəb öldürülən şəxsin PSJ azarkeşi olan dostu ilə zarafat etməsi olub. 18 yaşlı gənc cinayəti törətdiyini etiraf edib.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk oyunda PSJ-nin 4 cavabsız qolla qələbə qazanmasına baxmayaraq, cavab matçında "Barselona” 6:1 hesablı zəfərə sevinərək mərhələ adlayıb.
Fanat.Az