PSJ Kilian Mbappe ilə rəsmi danışıqlara başlayıb. Fanat.Az xəbər verir ki, bu barədə Fransanın məşhur "L`Equipe" qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, PSJ rəsmiləri 18 yaşlı ulduz futbolçu ilə görüşüb. Görüşə Paris klubunun prezidenti Nassar Əl Xalifi şəxsən qatılıb. Onu idman direktoru Antero Henrike müşahidə edib.
PSJ rəhbərliyi 18 yaşlı futbolçuya əsas heyətdə yer vəd edib. Bu səbəbdən görüş müsbət keçib.
Qeyd edək ki, "Monako"nun Mbappe üçün ən azı 120 milyon avro tələb etdiyi bildirilir.
Fanat.Az