PSJ-dən sürpriz transfer

PSJ-dən sürpriz transfer
PSJ-yə yeni direktor təyin edilib. Fanat.az xəbər verir ki, Paris klubu bu posta veteran futbolçu Patrik Kluyverti gətirib.
Klubun yaydığı açıqlamada bildirilir ki, 40 yaşlı hollandla artıq müqavilə imzalanıb. 
Yeni idman direktoru bu vəzifəyə təyin olunduğu üçün xoşbəxt və həyacanlı olduğunu bildirib: "Böyük bir həvəslə işimi görəcəm. Bizim vəzifəmiz azarkeşlərimizin istədiyi böyük uğurlara imza atmaq üçün əlimizdən gələni etməkdi".
Qeyd edək ki, Patrik Kluyvert karyerası ərzində "Ayaks", "Milan", "Barselona", "Nyukasl", "Valensiya", PSJ və "Lill" klublarında çıxış edib, 79 oyunda formasını geyindiyi Hollandiya millisində 40 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər